Azərbaycanda internetin sürəti zəif deyil.
“Report” xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: “Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarının istifadə dairəsi 100 %-ə çatıb".
O bildirib ki, GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir: "Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".