Bu ilin fevral ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 41,25 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 5,2 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 9,24 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 4,56 faiz bəndi, il ərzində isə 5,81 faiz bəndi artaraq 21,26 %-ə düşüb. Beləliklə də “Facebook”un bazar payı ötən ay ərzində 17,7 % azalıb.
Növbəti yerdəki “Pinterest”in bazar payı aylıq 1,3 faiz bəndi, illik müqayisədə isə 2,8 faiz bəndi artaraq 17,44 % olub.
Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 1,95 faiz bəndi, illik isə 4,07 faiz bəndi azalaraq 11,43 % təşkil edib.
İlk beşliyi 4,04 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,01 faiz bəndi, illik müqayisədə isə 2,41 faiz bəndi azalıb.