Ötən il Azərbaycan dövlət qurumlarının internet resurslarını ən çox ölkəmizdən olan istifadəçilər ziyarət edib.
Bu barədə “Report” Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən bildirir.
Məlumata görə, bu siyahıda ilk 3-lüyü ABŞ və Rusiya Federasiyası tamamlayır.
İstifadəçi müraciətlərinə görə, növbəti yerləri müvafiq olaraq Türkiyə, Çin, Böyük Britaniya, Estoniya, Almaniya, Rumıniya və Gürcüstan qərarlaşıb.