Mayın 5-i, saat 11:00-da sənədli elektrik rabitəsinin beynəlxalq operatoru olan “Bakı Teleqrafı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyov küçəsi, 36 ünvanında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin inzibati binasında) olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2022-ci il üzrə maliyyə-təsərüffat fəaliyyətinin hesabatının təsdiq edilməsi, İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakı Teleqrafı” 1932 -ci ildə yaradılıb. 2001-ci ilin dekabrın 25-də "Bakı Teleqrafı"nın bazasında "Bakı Teleqrafı" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.