Azərbaycanda “Apple”ın dəstəyi ilə Təlim-Tədris və Sertifikasiya Mərkəzi yaradılacaq

Bu il ABŞ-ın “Apple” texnologiya şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Təlim-Tədris və Sertifikasiya Mərkəzi yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mərkəzdə tələbələrə “Apple” şirkətinin əməliyyat sistemləri və proqram təminatı öyrədiləcək: “Bu biliklər rəqəmsallaşma prosesinə mühüm töhfə verəcək. Təlim prosesindən keçənlərə beynəlxalq səviyyədə fəaliyyət göstərmək üçün imkanlar yaradılacaq”.

F. Cəfərov əlavə edib ki, gələn ildən ölkə ərazisində bu mərkəzin filialları yaradılacaq.

Digər xəbərlər