2023-cü ildə Azərbaycana xarici ölkələrdən 79,4 milyon ABŞ dolları dəyərində 314,1 ton poçt göndərişi idxal edilib.
“Report”un Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 9,3 % və 10,3 % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 3,7 milyon ABŞ dolları dəyərində 8,9 ton poçt göndərişi ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çox və 15,7 % azdır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycana 87,45 milyon ABŞ dolları dəyərində 350 ton poçt göndərişi idxal edilib. Eyni dövr ərzində ölkədən kənara 3,5 milyon ABŞ dolları dəyərində 10,6 ton poçt göndərişi ixrac edilib.