Yanvarın 28-30-da Təl-Əvivdə (İsrail) “CyberTech Global 2020” sərgi-konfransı keçiriləcək.
“Report” xəbər verir ki, bu sərgi-konfrans kibertexnologiyalar üzrə regionda ən böyük tədbir hesab edilir.
Ümumilikdə 18 mindən artıq qonağın qatılması ehtimal olunan sərgi-konfransı İsrailin baş naziri Benyamin Netanyahu açacaq.
Müxtəlif ölkələrin rəsmi şəxslərinin dəvət olunduğu tədbirdə Bolqarıstan və Yunanıstan müvafiq nazirlər, “Microsoft” və IBM isə vitse-prezidentlər səviyyəsində qatılacaq.
Azərbaycandan isə bu tədbirə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəvət olunub.