İtaliyalı hücumçu Mario Balotelli karyerasını Yaxın Şərqdə davam etdirəcək.
"Report"un jurnalist Canluka Di Marzioya istinadən verdiyi məlumata görə, təcrübəli hücumçu "Əl-İttifaq" klubuna keçməyə razılıq verib.
35 yaşlı futbolçu 2025-ci ilin iyulunda "Cenoa"dan ayrıldıqdan sonra komandasız qalıb. Bir neçə aylıq fasilədən sonra Balotelli hazırda ölkənin ikinci ən güclü divizionu olan Birləşmiş Ərəb Əmirlikləri Premyer Liqasının sonuncu pilləsində qərarlaşan "Əl-İttifaq"la iki il yarımlıq müqavilə imzalayıb.
Keçidin yanvarın 12-də baş tutacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin payızında vəzifəyə başlayan yeni klub prezidenti Pietro Latertsa Balotellinin timsalında ilk transfer qərarını verib.