Zakir Həsənov Minskdə “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ziyarət edib

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də bir sıra tədbirlərdə iştirak ediblər.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ziyarət edərək abidələr önünə çiçəklər qoyublar.

Digər xəbərlər