Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək MDB iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.