Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib

"Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb.

Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Helikopterlə əraziyə çatdırılan axtarış-xilasetmə mütəxəssisləri pilotun yerini müəyyən edərək xilasetmə tədbirlərini həyata keçiriblər.

Qeyd edək ki, bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27