Bu gün İstanbul şəhərində keçirilən “İDEF-2019” sərgisinin açılışı olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.