Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində H.Akarın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Səfər oktyabrın 7-dək davam edəcək.