Azərbaycanın müdafiə naziri Belarusun hərbi təyinatlı vasitələri ilə tanış olub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27