Bakı. 15 iyul. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru quşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.