Azərbaycan HDQ komandanı Türkiyə və ABŞ-dan olan həmkarları ilə görüşüb, əməkdaşlığı müzakirə edib

ABŞ-ın Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyənin HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və ABŞ-ın HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Şəhidlərin xatirəsi anılıb 11 oktyabr, 2026 / 15:27