Zirədə orta yaşlı kişini maşın vurub

Bakı. 1 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda avtomobil piyadanı vurub.

"Report" xəbər verir ki, hadisə 1977-ci il təvəllüdlü Məmmədov Ramin Nadir oğlu Zirə qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Qəzanı "VAZ-2107" markalı avtomobil törədib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29