Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb

Dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində piyada, 1998-ci il təvəllüdlü İbrahim Daşdəmirovu vurub hadisə yerindən qaçan "VAZ-2106" markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50