Zaqatalada baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimlikləri məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "QAZ-3110" və motosikletin toqquşması zamanı motosikletin sürücüsü İsmayıl Əminov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı yolda olan piyada Mənsur Nurməhəmmədov da xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
19:34
Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "QAZ-3110" və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.