Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillər toqquşub, nəticədə iki nəfər - Yuxarı Tala kənd sakini Əziz Kərimov və Ramazan Mahmudov xəsarət alıb.

Qeyd edək ki, Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.

Digər xəbərlər