Zaqatala rayonunda güclü külək bir neçə kənddə ciddi fəsadlar yaradıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, əlverişsiz hava şəraiti rayonun Maqov kəndinə daha çox zərər vurub.
Ötən gün axşam saatlarında güclənən külək səbəbindən Maqov kəndində, həmçinin həmin inzibati əraziyə daxil olan Abaylı və Yolayrıc kəndlərində irigövdəli ağaclar aşıb, kommunikasiya xətləri zədələnib, fərdi təsərrüfatlara ziyan dəyib, bir neçə evin və mal tövləsinin damları qismən uçub.
Eyni zamanda, Zaqatala-Maqov-Danaçı-Aşağı Çardaqlar avtomobil yolu ağacların yola aşması nəticəsində bir müddət bağlı qalıb.
Hazırda aidiyyəti qurumların ənəkdaşları tərəfindən kommunikasiya xətlərinin bərpası və yolun açılması istiqamətində tədbirlər görülür.