Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.