Zaqatalada 30 yaşlı qadın dəm qazından boğularaq ölüb

Zaqatalada 30 yaşlı qadın dəm qazından boğularaq ölüb.

“Report”un məlumatına görə, hadisə Yengiyan kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Asiyət Natiq qızı Babayeva yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47