Zaqatalada 3 nəfər dönərdən zəhərlənib

Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zaqatala rayon sakinləri 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.

Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44