Zabratda qəza olub, ölən var

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

"Report"un məlumatına görə, Abbasov Mirəli Yolçu oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgərov Ələsgər Elxan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində öüb.

Sərnişinlər - 2003-cü il təvəllüdlü Rəsulova Sevinc Şükür qızı və 2006-cı il təvəllüdlü Rəsulova Nəzrin Şükür qızı, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21