Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Rəhimova Ətrabə Əlövsət qızı və 1998-ci il təvəllüdlü Rəhimova Tahirə Şura qızı xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır .