Goranboyda avtomobil piyadanı vurub

Goranboy. 2 fevral. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayonunda, yolun Dəliməmmədli ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən, 1995-ci il təvəllüdlü Vüsal Nəsibovu avtomobil vurub. Yaralı elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47