Yolu keçən xanım piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Qocayeva Samirə Telman qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

İlqar Abdullayev

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41