DYP mərkəzi prospektlərin birindəki təmirlə bağlı sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi prospektlərinin birində aparılan təmir işləri ilə bağlı sürücülərə müraciət edib.

DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli "Report"a bildirib ki, Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.

"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48