Yol polisi İsmayıllıda reyd keçirib, 15 sürücü cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59