Yevlaxda yük avtomobilləri toqquşub, ağır xəsarət alan var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Yevlax-Bəhrəmtəpə avtomobil yolunda “QAZel” markalı kiçik tutumlu yük avtomobili, digər yük maşını ilə toqquşub.

Qəza nəticəsində, “QAZel” markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü Zakir Yolçuyev ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47