Yevlaxda velosipedçini avtomobil vurub öldürüb

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Nematabad kəndində qeydə alınıb.

Velosipedlə hərəkətdə olan, 1964-cü il təvəllüdlü Paşa Qasımovu minik avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14