Yevlax rayonunda qadın meyiti tapılıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qadının meyiti Yevlaxdakı köhnə internat məktəbinin binasında aşkar olunub.
İlkin təhqiqat zamanı meyiti aşkar edilən şəxsin 1941-ci il təvəllüdlü Quliyeva Narınc Hüseyn qızı olduğu müəyyənləşib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.