Yevlaxda minik avtomobili traktorla toqquşub, ölən və xəsarət alan var

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Xanabad kəndində qeydə alınıb.

"Hyundai" markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində 1985-ci il təvəllüdlü T.Allahverdiyev hadisə yerindəcə ölüb, daha bir nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14