Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var 

Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qaraoğlan kənd marşrutu xətti üzrə hərəkət edən mikroavtobus "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47