Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax rayonunun Gülövşə kəndində 2 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21011" markalı avtomobil digər minik avtomobili ilə toqquşub, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü X.Məmmədli və 1999-cu il təvəllüdlü Elcan Əmrahov xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02