Yevlaxda dəyirmanda yanğın olub

Yevlax şəhərində dəyirmanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb.

Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54