Yevlaxda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ağır xəsarətlər alıb.

Onlardan- 1994-cü il təvəllüdlü V.Kərimli dünyasını dəyişib, 1990-cı il təvəllüdlü V.Nazirov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21