Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var 

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Yevlax şəhər ərazisində baş verib. Minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb. Məlumata görə, hadisə nəticəsində 1991-ci il təvəllüdlü S.Həsənov, 1992-ci il təvəllüdlü A.Musazadə və 1996-cı il təvəllüdlü T.İbrahimov müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26