Yevlaxda avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb

Yevlax-Mingəçevir yolunda minik avtomobili maneəyə çırpılıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon Aran qəsəbəsi yolunda avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində 1982-ci il təvəllüdlü Natiq Qasımov, 2001-ci il təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29