Yevlaxda 25 yaşlı qadını avtomobil vurub 

Yevlax rayonunda qadın piyadanı avtomobil vurub.

"Report"un məlumatına görə, şəhər ərazisində "VAZ-2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1996-cı il təvəllüdlü Əfsanə Mehdiyevanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26