Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var 

Yevlax şəhərində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, VAZ-2106 markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Əliyev Elşən və 1996-cı il təvəllüdlü İbrahimov İlkin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır digərinin isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45