Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var 

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

"VAZ-21015" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində, "VAZ" markalı avtomobildə olan, Yevlax şəhər sakinləri, 1982-ci il təvəllüdlü Rəsul Əsədov və 1985-ci il təvəllüdlü İlkin Şəmilov xəsarət alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər