Yasamalda yol qəzası nəticəsində 82 yaşlı qadın yaralanıb

Bakı Dairəvi-1 yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, qəza zamanı maşınlardan birində olan 1937-ci il təvəllüdlü Gülçöhrə Abdullayeva xəsarət alıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Qadın palataya yerləşdirilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14