Yasamalda yaşlı kişini maşın vuraraq öldürüb

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanı maşın vuraraq öldürüb.

“Report” xəbər verir ki, qəza 1939-cu il təvəllüdlü Poladov Mehdiqulu yolu keçərkən baş verib.

Hadisəni "Kia" markalı avtomobilin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14