Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bidirilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülüb.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb. Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.