Yasamalda yanğın baş verib, 37 nəfər təxliyə olunub

Bakı. 31 may. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37