Yasamalda piyada zolağının üzərində gənc oğlanı maşın vurub

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir, Dövlət Gömrük Komitəsinin qarşısındakı piyada zolağından keçən 1995-ci il təvəllüdlü Xıdıyev Təhmasib İsmayıl oğlunu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47