Yasamalda kişi velosipeddən yıxılaraq üzündən ağır zədə alıb

Bakının Yasamal rayonunda gənc oğlan velosipeddən yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Əsgərov Əvəz Mətləb oğlu 158 nömrəli tam orta məktəbin yaxınlığında velosipeddən yıxılıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. O, üz nahiyəsindən və ayağından ağır zədə alıb.

Digər xəbərlər