Yasamalda iki avtomobil toqquşdu, gənc xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Ramin Vüqar oğlu bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26